161 və 191 nömrəli marşrutların hərəkət sxemləri dəyişdirilib


10:31     25 Yanvar 2021 1450100755_bakubus_0124.jpg


Bakıda 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.


Femida.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilməsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 411