Ermənistanda Qarabağa görə deputatı döydülər
10:58 25 Yanvar 2021

Ermənilər baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputat Rüstəm Bakoyanı “Qarabağ xəyanəti”nə görə döyüblər.
Femida.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Deputat insidentlə bağlı polisə müraciət edib: “Bakoyan Paşinyanın kapitulyasiya aktını imzalamasından sonra bir neçə gün Açapnyakda tanışının evində gizlənib. Yaxınları bunu bilirlərmiş və onu cəzalandırmağa çalışıblar. Məlum sənədin imzalanmasından sonra qarışıq hadisələr baş verdi ki, həmin vaxt bir qrup şəxs deputatı söyərək "xəyanət"ə görə onu lənətləyiblər. İnsidentdən sonra Rüstəm Bakoyan Açapnyak polisinə müraciət edib və cinayət hadisəsi barədə məlumat verib. O, izahatında qeyd edib ki, onu təhqir edib döyməyə, müəyyən xəsarətlər yetirməyə çalışıblar, maşınını isə yararsız hala salıblar. Hadisə ilə bağlı hazırda araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
Femida.az
Oxunub: 452
Oxşar xəbərlər
- Sarkisyan yenə Qasparyanla bağlı qərarı imzalamadı
- Ermənistanda koronavirusdan ölənlərin sayı 3 200-ə çatdı
- Ermənistanda referendum keçirilə bilər
- Gürcüstanda koronavirusdan ölənlərin sayı 3510, Ermənistanda 3192-ə çatdı
- Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Qarabağda hərbçilərin yerləşdirməsi ilə bağlı
- Ermənistan prezidenti Paşinyanın qərarını rədd etdi
- Ermənistanda COVID-19-dan ölənlərin sayı 3190-a çatıb
- Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək
- "Ermənistandan fərqli olaraq Rusiya texnikasından şikayətlənməmişik"
- Prezident: "Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər"