Azad olunmuş ərazilərdə ədliyyə strukturlarının fəaliyyəti bərpa olunur
11:28 25 Yanvar 2021

Ədliyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkil olunması məqsədi ilə işlər görülməkdədir.
Femida.az xəbər verir ki, bu barədə Qarabağ Regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov məlumat verib.
2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən S.Kazımovun sözlərinə görə, ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə işlər görülür:
"Ölkə başçısının Fərmanı ilə əlaqədar işğal olunmuş ərazilərlə bağlı müvafiq addımlar atılır. Ədliyyə nazirinin əmri ilə 12 noyabrda Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi yaradıldı. Artıq həmin ərazilərdə məhkəmə və ədliyyə strukturlarının fəaliyyətinin təmin edilməsi üçün iş aparılır".
S.KAzımov qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən 70-ə yaxın ölkənin ədliyyə nazirinə, prokuroruna və çoxsaylı beynəlxalq təşkilatlara müraciət edilib:
"Müraciətlərdə erməni terrorçularını törətdiyi qeyri-insani əməllər, xüsusilə Cenevrə Konvensiyasının müddəalarının pozulması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu əməlləri törədənlərin cəzalandırılmasının vacibliyi də vurğulanıb".
Femida.az
Oxunub: 2188
Oxşar xəbərlər
- Ədliyyə işçiləri və hakimlər Qarabağ Dirçəliş Fonduna 500 min manat köçürdü
- Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan verib
- Ədliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə seminar keçirib
- Ədliyyə naziri tərəfindən vətəndaşların videoqəbulu keçirilib
- Kommersiya və inzibati məhkəmələr 18 mindən çox işə baxıblar
- "Səylərimiz korrupsiya və çirkli pulların yuyulmasına qarşı yönəlib" - Nazir müavini
- “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin açılışı olub
- "Alternativ mexanizmin üstünlükləri göz qabağındadır" - Azər Cəfərov
- Ədliyyə Nazirliyi təlimlərə başladı
- Ədliyyə Nazirliyinin İcra baş idarəsində struktur dəyişikliyi olub