Ötən il xaricdən 5 məhkum Azərbaycana ekstradisiya olunub


11:44     25 Yanvar 2021 21_01_25_1611561074.jpg


"Bir çox ölkələr Azərbaycanın Ədliyyə Nazirliyi ilə hər hansı əməkdaşlıq qurmaq istiqamətində maraqlıdırlar".

Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib. O, bildirib ki, Azərbaycan Ədliyyə Nazirliyi 33 dövlətin ədliyyə nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində memorandum imzalayıb:

“Bu ölkələr içində Avropa, MDB və Yaxın Şərq ölkələri var. Artıq 17 konvensiya üzrə səlahiyyətli orqanların müəyyən edilməsi ilə bağlı danışıqlar aparılıb. Beynəlxalq fəaliyyət üç istiqamətdə – mülki işlər, cinayət işləri və beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə aparılır".

İdarə rəisi qeyd edib ki, ötən il xaricdən 5 məhkum Azərbaycana gətirilib, 25 məhkum isə öz ölkəsinə ekstradisiya olunub:

"Azərbaycan vətəndaşına qarşı xarici dövlətlərdə cinayət işi açılıbsa, onun ixtiyarı var ki, cəzasını öz ölkəsində çəkmək istədiyini bildirsin".

Femida.az

Açar sözlər: #ədliyyə   #ekstradisiya  

Oxunub: 954