Ötən il 38 prokurorluq əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
11:53 25 Yanvar 2021
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib.
Femida.az xəbər verir ki, bu sözləri yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən qeyd edilib ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub.
Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi xüsusi vurğulanmaqla İlham Əliyevin Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu qeyd edilib.
Femida.az
Oxunub: 546
Oxşar xəbərlər
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub"