Bir ildə Azərbaycanda 35 576 nikah qeydə alınıb


12:20     25 Yanvar 2021 nikah%20m.jpg


“Ötən il Azərbaycanda 35 576 nikah qeydə alınıb”.


Femida.az bildirir ki, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə faktiki nikahda olan 1 420 cütlük müəyyən edilib, onlardan tibbi müayinədən köməklik göstərilməklə 981-nin nikahı dövlət qeydiyyatlına alınıb.

"Ötən il qeydiyyat şöbələri tərəfindən nikahın pozulması haqqında 1 182 ərizə qəbul edilib. Onlardan 1 550-si psixoloqla söhbətə cəlb edilib. Qeydiyyat şöbələrində söhbətə cəlb edilmiş şəxslərdən 576 nəfər (288 cütlük) nikahın pozulmasından imtina edib".

Femida.az

Açar sözlər: #nikah   #ədliyyə  

Oxunub: 1022