Ötən il Azərbaycanda 130 minə yaxın uşaq doğulub
12:36 25 Yanvar 2021

2020-ci ildə Azərbaycanda 127 588 uşağın doğumu qeydə alınıb.
Femida.az xəbər verir ki, məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.
Onlardan 67 972-i oğlan, 59 616-sı qız olub. Həmçinin 1691 əkizin, 46 üçəmin və 1 dördəmin doğumu qeydə alınıb.
Kəndlərdə, qəsəbələrdə doğumu qeydiyyata alınmayan uşaqlar da var, bununla bağlı maarifləndirmə işləri nəticəsində 1312 uşaq aşkar edilib, onlardan 1205-i dövlət qeydiyyatına alınıb. 2020-ci ildə İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 azərbaycanlı uşaqdan 83-ü dövlət qeydiyyatına alınıb.
Femida.az
Oxunub: 544
Oxşar xəbərlər
- Uşaq evində böyüyən şəhid dəfn edildi
- Təyyar Eyvazov: "5 yaşa qədər uşaqların maska taxması tələb olunmur"
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- Uşaq bağçaları fevralın 15-dən açılır
- Bakıda xəstəxanaya uşaq çarpayılarının yerləşdirilməsi xəbəri ilə bağlı açıqlama
- Bu gün ümumilikdə 742 min uşaq üçün tədris başlayıb
- Ombudsmanın nümayəndələri uşaq evinə başçəkmə keçirdi - Nöqsanlar aşkarlandı
- 36 ailənin övladlığa uşaq götürməsinə icazə verildi
- Xırdalanda dağıntılar altında bir uşaq qalıb
- Şabranda ev yanıb, iki uşaq xəstəxanaya yerləşdirilib