Oğlanlarda Yusif, qızlarda Zəhra - Azərbaycanda ən çox qoyulan adlar


12:44     25 Yanvar 2021 korpe-usaq-liderxeber-640.jpg

2020-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara ən çox verilən adlar açıqlanıb.

Femida.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, ötən il doğumu qeydə alınan kişi cinsindən olan körpələrə ən çox Yusif, Əli, Uğur, Hüseyn və Məhəmməd adı qoyulub. Ötən il körpələrə ən çox verilən qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələk olub.

Ötən il Azərbaycanda 2008 oğlan uşağına Yusif adı, 1968 qız uşağına isə Zəhra adı qoyulub.

Qeyd edək ki, ötən il Azərbaycanda 130 minə yaxın uşaq doğulub.



Femida.az

Açar sözlər: #körpə  

Oxunub: 5184