Ötən il 2603 məhkuma elektron qolbaq tətbiq edilib


12:47     25 Yanvar 2021 21_01_25_1611564554.jpg


“Ötən il Ədliyyə Nazirliyinin Probasiya xidmətində 9 576 məhkum qeydə alınıb, 10 443 məhkum qeydiyyatdan çıxarılıb”.

Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.

Onun sözlərinə görə, il ərzində 1,3 milyon manat cərimənin büdcəyə köçürülməsi təmin edilib.

“Həmçinin il ərzində 2603 məhkuma elektron qolbaq tətbiq edilib, cəzadan boyun qaçıran 2500 məhkum tutularaq tədbir görülüb, onların 1023 nəfərinin cəzasının daha ağır cəza ilə əvəz edilməsi barədə məhkəməyə müraciət edilib”.

Femida.az

Açar sözlər: #ədliyyə   #probasiya   #elektronqolbaq  

Oxunub: 2328