Salyanda restorandan 3 min manatlıq oğurluq edilib


14:12     25 Yanvar 2021 21_01_25_1611568701.jpg

Salyan rayonunda restoranda oğurluq hadisəsi baş verib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki restoranların birindən 3 000 manat dəyərində 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - K.Salahov və S.Quliyev saxlanılıblar.

Davam etdirilən tədbirlərlə S.Quliyevdən 1 ədəd bıçaq və 2 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 571