Azərbaycan İranın ixracında üç əsas ölkələrdən biridir
14:38 25 Yanvar 2021

İranın Ərdəbil vilayətinin Bileh Savar sərhəd keçid məntəqsində 2020-ci ilin mart- dekabr ayları ərzində ixrac edilən məhsulların həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30 % artaraq 136 milyon ABŞ dolları təşkil edib.
Femida.az bu barədə İran KİV-lərinə istinadən xəbər verir ki, İranın əsas ixrac etdiyi məhsullar kartof, şüşə, keramika məhsulları, plastik məhsullardır.
Rusiya, Gürcüstan və Azərbaycan bu sərhəd keçid məntəqəsindən əsas ixrac edilən ölkələr olub.
Bileh Savar Azərbaycanla sərhəd olan keçid məntəqəsidir, vilayətin yeganə sərhəd terminalıdır.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın İrana ixracı 2019-cu illə müqayisədə 6,2 dəfədən çox azalaraq 1 milyon 349 min ABŞ dolları təşkil edib, idxalı isə 3 dəfədən çox azalaraq 24 milyon 052 min ABŞ dolları təşkil edib.
Oxunub: 418
Oxşar xəbərlər
- Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı? - AÇIQLAMA
- Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxub - 2 nəfər ölüb
- Azərbaycanda vaksinasiyadan keçənlərin sayı 337 mini ötdü
- Azərbaycan və Türkiyə hərbçiləri daha bir təlim keçirəcək
- Azərbaycan XİN-dən Yunanıstana həmrəylik jesti
- Azərbaycanda dərman şirkəti barədə inzibati protokol tərtib edilib
- Azərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcək
- Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib
- Azərbaycanda alim koronavirusdan vəfat etdi
- Azərbaycanda koronavirusa 352 yeni yoluxma qeydə alındı