Şabranda ev yanıb, iki uşaq xəstəxanaya yerləşdirilib
14:55 25 Yanvar 2021
Şabran rayonunda fərdi yaşayış evi yanıb.
Femida.az -un verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində Zaur Niyazova məxsus evdə qeydə alınıb.
Yanğın nəticəsində ev sahibinin övladları - 2014-cü il təvəllüdlü Araz Zaur oğlu Niyazov və 2015-ci il təvəllüdlü Təranə Zaur qızı Niyazova yuxarı tənəffüs yollarının ağır yanığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşaqların vəziyyətini ağır olaraq qiymətləndirir.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Şabran rayon yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 624
Oxşar xəbərlər
- Şabranda yol qəzasında 3 nəfər ölüb
- Şabranda 25 yaşlı gənc qətlə yetirilib
- Şabranda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
- Şabranda narkotacir saxlanılıb
- Şabranda 16 yaşlı gənc itkin düşüb
- Şabranda oğul anasını döyə-döyə öldürüb
- Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var
- Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Şabranda 39 yaşlı qadın dəm qazından zəhərlənib
- Şabranda iki bacı dəm qazından zəhərləniblər