Məşhur filmin prodüseri vəfat edib


15:30     25 Yanvar 2021 21_01_25_1611574368.jpg

Məşhur italiyalı kinoprodüser Alberto Qrimaldi 96 yaşında dünyasını dəyişib.

Femida.az İtaliyanın “Corriere della Sera” nəşrinə istinadən xəbər verir ki, o, 1997-ci ildə köçdüyü ABŞ-ın Florida ştatının Mayami şəhərində vəfat edib.

Qeyd edək ki, A.Qrimaldi, ilk növbədə, “Parisdə sonuncu tanqo”, “Yaxşı, pis, zalım” və “Nyu-Yorkun bandaları” filmləri üzərindəki işi ilə məşhurlaşıb. Prodüserin əməkdaşlıq etdiyi rejissorlar arasında Bernardo Bertoluççi, Federiko Fellini, Sercio Leone, Martin Skorseze olub.

Açar sözlər:

Oxunub: 1179