Azərbaycan Livana NOTA VERİB
15:55 25 Yanvar 2021

İkinci Qarabağ müharibəsi zamanı Livanda yaşayan yüzlərlə erməni Qarabağda Ermənistan tərəfindən döyüşüb. Hətta müharibə gedən ərəfədə “Reuters” agentliyi də digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağda döyüşmək üçün bölgəyə getdikləri haqda informasiya yayıb.
Livan ermənilərinin Qarabağda döyüşməsi ilə bağlı sənədləşdirilmiş faktlar da mövcuddur.
Bəs Azərbaycanın Livandakı səfirliyi faktlarla bağlı Livan hökumətinə etiraz notası veribmi?
Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov mövzu ilə bağlı Modern.az-a danışıb.
Səfir bildirib ki, məsələdən xəbər tutan kimi Livan hökumətinə etiraz notası yazıb:
“Dərhal məsələyə etirazımızı bildirmişik. Ancaq bu məsələdə Livan hökuməti ermənilərə heç nə edə bilmir. Hazırda Livanda 120 mindən çox erməni yaşayır. Livanda ikili vətəndaşlıq mövcud olduğundan burada yaşayan ermənilərin hamısının Ermənistan pasportu da var”.
Livandakı səfirimiz Livan ermənilərinin Qarabağda döyüşməsini qətiyyətlə pisləyib.
“Yerevan-Beyrut reysi var. Livanda yaşayan ermənilər həmin reyslə Ermənistan pasportu ilə birbaşa İrəvana uçurlar. Bəli, Vətən müharibəsi zamanı Livan erməniləri ikili vətəndaş kimi Qarabağda vuruşublar. Hətta onlar Ermənistan vətəndaşı olsalar da, Qarabağ Azərbaycan ərazisidir, gedib başqa dövlətdə vuruşmaları cinayətdir. İstənilən halda Livan ermənilərinin Qarabağda döyüşməsinə etiraz etmişik”, - səfir əlavə edib.
Oxunub: 417
Oxşar xəbərlər
- Azərbaycanda koronavirusdan daha 4 nəfər ölüb
- Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək
- Azərbaycanda törədilən dəhşətli qətlin üstü açıldı – HƏBSLƏR VAR
- Azərbaycanın avtomobil yollarında son vəziyyət
- Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub
- Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
- Azərbaycan Avrasiyanın əsas qaz hasilatçısına çevriləcək
- Azərbaycan məhsulları BƏƏ-yə ixrac ediləcək
- Azərbaycanda martın sonu karantin yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
- Azərbaycan neftinin qiyməti 65 dolları keçib