Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
16:33 25 Yanvar 2021

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Femida.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının yanvarın 25-də təşkil olunan hesabat-seçki xarakterli 11-ci ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.
Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü olublar.
Oxunub: 382
Oxşar xəbərlər
- Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi
- Mehriban Əliyeva Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıldan paylaşım etdi
- Mehriban Əliyeva ICESCO-ya üzv olan ölkələrə çağırış edib
- Mehriban Əliyeva gəncləri təbrik etdi
- Mehriban Əliyevadan 20 Yanvar paylaşımı
- Mehriban Əliyeva Şuşa məscidinə “Qurani-Kərim” bağışladı
- Mehriban Əliyeva Füzulidən paylaşım etdi - VİDEO
- Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib
- Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım
- Mehriban Əliyevadan Laçın təbriki