XİN: Vitaliy Milonovun Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik
16:59 25 Yanvar 2021

"Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik".
Femida.az -ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.
mazda.az
Узнать больше
Rusiya Dövlət Dumasının üzvü Vitaliy Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.
Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.
Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır”, - deyə XİN rəsmisi vurğulayıb.
Oxunub: 469
Oxşar xəbərlər
- MN: Elxan İbrahimov Tibb Baş İdarəsi rəisinin müavini kimi öz vəsifəsini davam etdirir
- Baş prokuror: "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq"
- “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü
- Dövlət başçısı: “Türkiyə şirkətlərinin burdakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq”
- Prezidentdən tənqid: "Heç bir dövlət şirkəti özü-özünü təmin edə bilmir"
- Prezident: "Təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq"
- İlham Əliyev: "Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz"
- Prezident: "Azərbaycan ərazisində başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil"
- Azərbaycan Prezidenti: "10 noyabr bəyanatı de-fakto sülh müqaviləsidir"
- Prezident: "Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər"