Putin Navalnının onun haqqında hazırladığı “Putin üçün saray” filminə münasibət bildirib
17:23 25 Yanvar 2021
Rusiya Prezidenti Vladimir Putin müxalif bloger Aleksay Navalnının onun haqqında araşdırması olan “Putinin sarayı” (“Дворец для Путина”) filminə münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin “Tatyanin den” münasibəti ilə ali məktəb tələbələri ilə videokonfrans formatında görüşündə məlum videonun montaj olduğunu söyləyib: “Orada hansısa hovuzu göstərirlər. Göstərirlər ki, mən həmin hovuzda üzürəm. Amma mən heç vaxt o hovuzda olmamışam. “Butterflay” formasında isə 2016-cı ildə Yenisey çayında üzmüşəm. Oradan götürüb montaj ediblər”.
Rusiya Prezidenti həmin filmdə adı çəkilən şəxslərdən kimlərisə tanıdığını, kimlərisə qətiyyən tanımadığını söyləyib: “Orada adı çəkilənlərdən dostum, tanışım var. Lakin elələri də var ki, ümumiyyətlə, tanımıram. Mən heç vaxt bizneslə məşğul olmamışam. Mənim həmkarlarım arasında isə bizneslə məşğul olanlar var, misal üçün Donald Tramp biznesmendir”.
V. Putin filmdə əksini tapmış sarayın ona məxsus olmadığını da bildirib: ““Araşdırmalar”dan birində mənim olduğu iddia edilən saray nə mənim, nə də mənim hansısa yaxın qohumumundur. Mənim Gələncikdə “saray”ımın olduğu barədə şayiələrlə rusiyalıların “beyinlərini yumağa” cəhd edirlər”.
Oxunub: 569
Oxşar xəbərlər
- Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
- Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb
- Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq
- Putin Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb
- Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
- Putin mühüm fərman imzaladı
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- Putinə nə olub?
- Putin Aİ vətəndaşları üçün viza güzəştlərinin ləğvi barədə qanun imzalayıb
- Putin BMT baş katibi ilə görüşüb