DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”
17:25 25 Yanvar 2021

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, pensiya məbləğlərinin qanunvericiliyə uyğunlaşdırılması, digər tərəfdən isə əlilliyə görə pensiya məsələlərində hüququn yaranıb-yaranmaması məsələsi yoxlanılır”.
Bunu APA-ya müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində 6500-dən artıq saxta əlillik işi aşkar olunaraq ləğv edilib: “Bu işlərin illik maliyyə yükü 30 milyon manatdır. Aktuar hesablamalara əsasən müəyyən edirik ki, əgər bu ödənişlər saxlanılmasaydı, dövlət büdcəsinə təxminən 735 milyon manat həcmində əsassız şəkildə ziyan vurulmuş olacaqdı. Bu tədbirlər davam etdirilir. 2018-ci ildə pensiyanın nominal məbləğində 26 milyon manat, 2019-cu ildə 103 milyon manat, 2020-ci ildə 113 milyon manat həcmində təmizləmə aparılıb.
Əgər bu rəqəmlərə müvafiq illər üzrə indeksasiya əmsallarını da tətbiq etmiş olsaq, o zaman pensiyanın nominal məbləği üzrə ümumilikdə təmizləmənin 270 milyon manatdan artıq olduğunu görərik. Bununla da həm gəlirlərin müsbət dinamikası, həm xərclərdə aparılan optimallaşdırma işləri 2019-cu ildə 320 milyon manat vəsaitin, 2020-ci ildə isə 250 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılmasına şərait yaradıb”.
Oxunub: 531
Oxşar xəbərlər
- DYP-dən XƏBƏRDARLIQ – Bunu etməyən sürücülər 50 AZN cərimə ediləcək
- Dilçilik İnstitutu: "Qaynar xətt" hazırda fəaliyyət göstərir
- DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
- KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
- Azərbaycan XIN: Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş təxribat idi
- Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Qarabağda hərbçilərin yerləşdirməsi ilə bağlı
- İlham Əliyev: “Dağlıq Qarabağ ifadəsini işlətməməliyik” - VİDEO
- MN: Elxan İbrahimov Tibb Baş İdarəsi rəisinin müavini kimi öz vəsifəsini davam etdirir
- Baş prokuror: "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq"
- “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü