Azərbaycan məhsulları Qətərə ixrac olunur
17:46 25 Yanvar 2021

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın “İDEA” şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərindən olan “Halul Group Real Estate” şirkəti arasında 2020-ci lin iyulunda ixraca dair müqavilə imzalanıb.
Bu barədə Femida.az-a nazirlikdən məlumat verilib.
Məlumata görə, müqaviləyə uyğun olaraq, “İDEA” şirkəti Qətərdə tezliklə istifadə verilməsi planlaşdırılan “Doha Oasis” layihəsi üçün yerli memarların müasir uslubda dizayn edərək hazırladıqları kotullantı qutuları və skamyalar ixrac edib.
“Doha Oasis” Qətərin paytaxtı Dohada yerləşən Müşeyreb rayonunun mərkəzində nadir və yüksək səviyyəli çoxfunksiyalı kompleksdir.
2014-cü ildən ixraca başlayan “İDEA” şirkəti indiyədək Rusiya, Qazaxıstan, İrlandiya və Qətərə məhsul ixrac edib.
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- Azərbaycanda koronavirusa 352 yeni yoluxma qeydə alındı
- Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi imzalayıb
- Azərbaycan və Belarus hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
- Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb
- Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib
- Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
- Azərbaycanda 17 minə yaxın şəxs peyvənd olunub
- Azərbaycanda 278 yeni yoluxma qeydə alınıb
- Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payı azalıb
- Azərbaycanda koronavirusdan daha 4 nəfər ölüb