Braziliyada avtobus qəzası, 21 nəfər ölüb


09:55     26 Yanvar 2021 21_01_25_1611600115.jpg

Braziliyada ağır yol qəzası baş verib.

Femida.az “G1” portalına istinadən xəbər verir ki, hadisə Paran ştatında qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı manelərə dəyib və xəndəyə aşıb.

Qəza nəticəsində avtobusda olan 59 sərnişinin 21-i dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

Yaralı olan yeddi nəfərin vəziyyəti ağırdır. Qəzanın baş vermə səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 345