Xırdalanda dağıntılar altında bir uşaq qalıb


09:53     26 Yanvar 2021 21_01_26_1611640541.jpg

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.

Bu barədə Femida.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə meyiti çıxarılıb.

Qeyd edək ki, indiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub, daha bir nəfərin isə meyiti çıxarılıb.

Açar sözlər:

Oxunub: 393