Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcəklər
11:42 26 Yanvar 2021

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.
Femida.az -ın xəbərinə görə, bu barədə RBK Rusiya və Ermənistan hökumətindəki iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüş yanvarın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.
Məlumatda bildirilib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.
Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.
Oxunub: 328
Oxşar xəbərlər
- Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başladı - YENİLƏNDİ
- Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri Moskvada görüşüb
- Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun iclası barədə açıqlama
- Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni - FOTO
- Azərbaycan, Rusiya və Ermənistanın XİN başçıları bəyanat qəbul ediblər
- Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
- Azərbaycan, İran və Türkiyə tranzit yüklərin daşınmasını davam etdirəcək
- Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq
- Azərbaycan, Dağıstan və İran arasında yeni aviareyslər açılır
- Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları bəyannamə imzalayıblar - TAM MƏTN