Naxçıvanda əhalinin sayı 461 mini ötüb
12:50 26 Yanvar 2021
2020-ci ilin dekabrın 1-i vəziyyətinə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətdə 2,3 min nəfər artaraq 461 658 nəfər təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2020-ci ilin ötən dövründə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 5,4 nəfər təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir.
Bu dövr ərzində əhalinin hər 1 000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınıb.
Oxunub: 496
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər