“Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiqlənib” - Dövlət Baxçalı


13:45     26 Yanvar 2021 2021/01/baxca-1611651712_1611654383.jpg

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiq olunub”.


Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup iclasında çıxışı zamanı deyib.

O, hər iki dövlət başçısına təşəkkür edib. Bildirib ki, məktəbin tikintisi başa çatan kimi dərhal Azərbaycan Respublikasına təhvil veriləcək.

MHP lideri qarşıdakı günlərdə məktəbin təməlqoyma mərasiminin keçirilməsinin planlaşdırıldığını əlavə edib. O, məktəb layihəsinin ilkin variantını da nümayiş etdirib.

Xatırladaq ki, bir müddət əvvəl MHP sədri Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən Üzeyir Hacıbəyovun adını daşıyan məktəbin tikilməsini təklif etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 551