"Laçın və ya Kəlbəcərdə beynəlxalq hava limanı tikiləcək" - Prezident
14:12 26 Yanvar 2021
"Hava nəqliyyatına gəldikdə, təkcə onu demək kifayətdir ki, bu gün bizim təyyarə parkı ən müasir parklardan biridir. Həm yük təyyarələrimiz, həm sərnişin təyyarələrimiz müasirdir, dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır".
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
"MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək", - dövlət başçısı əlavə edib.
Femida.az
Oxunub: 702
Oxşar xəbərlər
- Laçınla bağlı ŞAD XƏBƏR: Avqustun 26-da...
- Laçında kombayn aşıb, iki nəfər ölüb
- Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb
- Laçında avtomobil aşıb, ölən var
- Laçında minaya düşən fəhlə vəfat edib
- Laçın sakini əmisini dırmıqla öldürüb
- Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb
- Laçından yan keçməklə tikilən avtomobil yolu iyuna qədər istifadəyə veriləcək
- Laçın sakinində odlu silah aşkarlanıb
- Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb