Azərbaycan və Rusiya FHN 3 hektar ərazini minalardan təmizlədi
16:18 26 Yanvar 2021

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
Bu barədə Femida.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə təqribən 9 hektardan artıq sahədə axtarış işləri aparılıb, 3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddət ərzində 340 ədəd mina və 3 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 195 ədədi piyada əleyhinə, 145 ədədi isə tank əleyhinə olan minalardır.
Oxunub: 469
Oxşar xəbərlər
- Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
- Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
- Azərbaycanda bir gündə 353 nəfər COVID-19-a yoluxub
- Azərbaycan gömrüyündə yeni sistem tətbiq ediləcək
- Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub
- Azərbaycanda peyvənd olunanların sayı 400 minə çatır
- Azərbaycanda 273 ömürlük məhkum var - Onlar da əfv oluna bilər
- Azərbaycanda 7 ixtisas üzrə yeni magistr ixtisasları yaradılacaq
- Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib
- Azərbaycan Prezidentinin köməkçisi İsrail həkimlərinə təşəkkür edib