“YAŞAT" qazilərə dəstəyini davam etdirir - Fotolar
16:47 26 Yanvar 2021

“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Femida.az xəbər verir ki, ciddi fiziki travma alan qazilərimiz Əmirəliyev Nicat Kərəməli oğlu, Qurbanov Əbülfət Tanrıverdı oğlu, Mirzəliyev Roman Aleksandr oğlu və Sultanlı Nicat Məmi oğlu “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçiriliblər və onlar uğurla əməliyyat olunublar.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən bu günədək 1624 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Femida.az
Oxunub: 441
Oxşar xəbərlər
- “YAŞAT” Fondu daha 2 şəhidin övladına hesab açır
- "YAŞAT" Fondu şəhid və qazi ailələrinin 1,5 milyon manat borcunu ödəyib
- “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği 30 milyonu ötdü
- “YAŞAT” üç qazini və şəhid atasını əməliyyat etdirdi - FOTOLAR
- "YAŞAT" daha bir şəhidin yeni doğulan övladı üçün hesab açacaq
- “YAŞAT” Fondundan qazilərlə bağlı AÇIQLAMA
- “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən ölkəmizə həkim heyəti gətirilib
- “YAŞAT” Fondu daha bir şəhidin övladına hesab açır
- “YAŞAT” Fondu daha 2 şəhidin övladına hesab açır
- Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)