“YAŞAT" qazilərə dəstəyini davam etdirir - Fotolar
16:47 26 Yanvar 2021
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Femida.az xəbər verir ki, ciddi fiziki travma alan qazilərimiz Əmirəliyev Nicat Kərəməli oğlu, Qurbanov Əbülfət Tanrıverdı oğlu, Mirzəliyev Roman Aleksandr oğlu və Sultanlı Nicat Məmi oğlu “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçiriliblər və onlar uğurla əməliyyat olunublar.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən bu günədək 1624 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Femida.az
Oxunub: 614
Oxşar xəbərlər
- Daha 5 qazimiz sağalaraq Vətənə geri döndü - FOTO
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- “YAŞAT” Fondunun növbəti iclası keçirilib
- "YAŞAT" Fondunun "Zəfər" Yarmarkası davam edir
- "Zəfər yarmarkası"ndan əldə olunan gəlir "YAŞAT"a köçürüləcək
- YAŞAT Fondu şəhid ailələri və qazilərə 44,5 milyon manatdan çox xərcləyib
- “İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü keçirilib
- “YAŞAT” Fondu daha 4 qazimizi Türkiyəyə göndərdi
- Vergi cərimələrinin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək
- Qazi haqda deyilənlər yalandır - "DOST" və “YAŞAT” birgə məlumat yaydı