Azərbaycanda problemli kreditlər azalmaqda davam edir


16:56     26 Yanvar 2021 1463570429_kredit_2dj478576676_3.jpg

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 893,1 milyon manat təşkil edib.

Femida.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 3,2% azdır.

Problemli kreditlər son 1 ildə isə 29,8% azalıb.

2020-ci ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət 2019-cu ilin sonuna 8,3% olub.

Femida.az

Açar sözlər:

Oxunub: 376