Ötən il dövlət 257,5 milyon manat ipoteka krediti verib
17:06 26 Yanvar 2021

2020-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 257,5 milyon manat ipoteka krediti verilib.
Femida.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 48,6% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 25,8% azalaraq 163,5 milyon manata çatıb.
Ötən il İKZF qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə 250 milyon manat vəsait cəlb edib ki, bu da əvvəlki ilə nisbətən 66,7% çoxdur. Son 1 ildə Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2 dəfə artaraq 161,2 milyon manat olub.
Femida.az
Oxunub: 401
Oxşar xəbərlər
- Ötən il Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı artıb
- Ötən gün Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
- Ötən il 3300-dən çox məhkumun cəzası azaldılıb
- Ötən il 400-dən çox hüquqi akt layihəsi təhlil edilib
- Ötən ildən bağlı qalan oğurluğun üstü açıldı
- Ötən il bu qanunun pozulmasına görə tətbiq olunan 27,5 milyon manatdan çox cərimə yazılıb
- Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutulub - RƏSMİ
- Ötən gün axtarışda olan 44 nəfər saxlanılıb
- Ötən ay DMX-a 7208 müraciət daxil olub
- Ötən il ən çox qayda pozuntusu sürət həddinin aşılması olub