Ermənistan prezidenti xəstəxanadan buraxılıb


17:31     26 Yanvar 2021 2021/01/2b910615-ce7d-3a23-bac0-ce7c3a0baba0_850_1611667768.jpg

Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanadan buraxılıb.

Femida.az “Aysor”a istinadən xəbər verir ki, bunu onun köməkçisi Asmik Petrosyan bildirib.

Onun sözlərinə görə, Armen Sarkisyan hələ tam sağalmayıb: “O özünü yaxşı hiss edir, evdə həkimlərin müşayiəti altında müalicə olunacaq. Həkim lazımi icazəni verdikdən sonra Armen Sarkisyan Ermənistana qayıdacaq”.

Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Yanvarın 13-də dövlət başçısının vəziyyəti ağırlaşıb və onu hospitala yerləşdiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 346