Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı
19:38 26 Yanvar 2021

Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən Femida.az -a verilən məlumata görə, görüşdə Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışını qəti şəkildə pislənilib.
Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb.
V. Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı vurğulanıb.
Femida.az
Oxunub: 361
Oxşar xəbərlər
- Rusiyada koronavirusdan ölənlərin sayı 88 mini ötüb
- Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
- Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib
- Rusiya İrəvanda Rusiya-Erməni Universitetinin fəaliyyətinə dair sazişdən çıxıb
- KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
- Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb
- İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi
- "Ermənistandan fərqli olaraq Rusiya texnikasından şikayətlənməmişik"
- Rusiya MN: Laçın SES-in fəaliyyəti bərpa olunub
- Rusiyanın indiyədək Qarabağa göndərdiyi humanitar yardımın həcmi açıqlanıb