Gürcüstan XİN başçısı koronavirusa yoluxub


20:22     26 Yanvar 2021 2021/01/8d1a8a3e-de7b-3198-a00e-11e41415917d_850_1611678233.jpg

Gürcüstanın xarici işlər naziri David Zalkalianinin koronavirusa yoluxduğu təsdiqlənib.

Femida.az xəbər verir ki, bu barədə nazir özü sosial şəbəkədə məlumat yayıb.

D.Zalkaliani özünü hazırda yaxşı hiss etdiyini və ev şəraitində müalicə olunduğunu qeyd edib.

XİN başçısı COVID-19-a yoluxan şəxslə təmasda olduğunu bildirib.

Açar sözlər:

Oxunub: 305