Ermənilər Natəvanın məzarını dağıdıb, sümüklərini aparıblar - Fotolar+Video
20:30 26 Yanvar 2021
Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından fotolar və video paylaşıb.
Femida.az-ın məlumatına görə, Deqati Xurşudbanu Natəvanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib:
“Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan olub.
O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi.
Natəvan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi.
1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum.
2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım.
Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natəvanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim.
Şairdən qorxan kimdir?”.
Femida.az
Oxunub: 4731
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaralayıb, cinayət işi başlanılıb
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilər dövlət sərhədinin Laçın istiqamətində növbəti təxribata cəhd göstərib
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilər Kəlbəcəri atəşə tutub
- Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozub