Sürücülər qaydalara əməl etmir, avtobuslar gecikir
22:54 26 Yanvar 2021
Qara Qarayev prospekti - Məhəmməd Hadi küçəsi - Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq, əksər sürücülər tərəfindən qaydalara əməl olunmur.
Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti, kütləvi qanunsuz parklanma halları müşahidə olunur.
Bu səbəbdən gün ərzində ictimai nəqliyyat dəhlizindən keçən 43 marşrut xətti üzrə 700-dən çox avtobusun hərəkət qrafiki pozulur, intervallar gecikir.
"Nəticədə hər gün yüz minlərlə ictimai nəqliyyat istifadəçisi ciddi çətinliklərlə və vaxt itkisilə üzləşir. Sərnişinlərin səyahət müddəti lüzumsuz səbəbdən artır, dayanacaqlarda və avtobuslarda sıxlıqlar yaranır ki, bu da mövcud pandemiya şəraitində xüsusilə arzuolunmazdır. Zolaqların tələblərinin pozulması, eyni zamanda ümumi nəqliyyat axınına da mənfi təsir edir, sıxlıq və tıxac hallarını artırır. Bir daha sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanının tələbinə əməl etsinlər", - deyə BNA-dan bildirilib.
Femida.az
Oxunub: 573
Oxşar xəbərlər
- Sürücülərə vacib xəbər - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
- Sürücülərə qarşı dələduzluq edən 18 yaşlı qız tutuldu
- Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var - VİDEO
- Sürücülərin nəzərinə! - Bu yollar bağlıdır
- Sürücülərin nəzərinə! - BNA xəbərdarlıq etdi
- Sürücülərin bilməli olduğu vacib məlumatlar: Qəzalardan qorunmaq üçün bunlara əməl edin!
- Sürücülərə 40 manatlıq CƏRİMƏ XƏBƏRDARLIĞI
- Sürücülər arasında dava - Xəsarət alan var
- Sürücülərin diqqətinə
- Sürücülərə ixtisas sinfinin verilmə qaydası dəyişib