Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib
09:09 27 Yanvar 2021

Müharibə zamanı itkin düşmüş erməni hərbçilərdən birinin qohumu Arsen Qukasyan bildirib ki, meyitlərin bəzilərinin üzərində sənədlər var. O, itkin erməni hərbçilərin axtarışlarının bu gün davam etdiriləcəyini qeyd edib.
Femida.az report-a istinadən xəbər verir ki, Qarabağ müharibəsində həlak olmuş daha 31 erməni hərbi qulluqçunun meyiti yanvarın 26-da Ermənistana təhvil verilib.
Xatırladaq ki, Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərin bəzilərinin valideynləri övladlarının tapılmamasından narazıdırlar. Onlar dəfələrlə Yerevanda etiraz aksiyaları keçiriblər və baş nazir Nikol Paşinyan da daxil olmaqla, hökumət rəsmiləri ilə görüşüblər. Lakin hərbçilərin valideynləri görüşlərdən razı qalmayıblar. Hazırda Qarabağda itkin düşmüş erməni hərbçilərin axtarışlarına onların valideynləri də qoşulub.
Ermənistan Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayının 3 600-ə çatdığını etiraf edib.
Femida.az
Oxunub: 336
Oxşar xəbərlər
- Daha iki ali məktəb akkreditasiyadan keçib
- Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir
- Daha iki marşrutun hərəkət sxemi dəyişdirilir
- Daha bir qaziyə vəzifə verildi
- Daha 144 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib
- Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)
- Daha iki ali məktəb akkreditasiyadan keçdi
- Daha 2 ölkədən quşçuluq məhsullarının idxalı yasaqlandı
- Daha bir şəhidimiz dəfn olundu
- Daha bir nazirlik azad edilmiş ərazilərə səfərlərlə bağlı xəbərdarlıq etdi - VİDEO