36 ailənin övladlığa uşaq götürməsinə icazə verildi


10:23     27 Yanvar 2021 ovladliga%20usaqq.jpg

2020-ci ildə Azərbaycanda övladlığa götürülmə ilə bağlı 37 işə məhkəmələrdə baxılıb.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, məhkəmələrdə baxılan işlərdən 36 ailənin övladlığa götürmə ilə bağlı iddiası təmin edilib.

Məlumatda qeyd edilib ki, ötən il övladlığa götürmənin ləğvi ilə əlaqədar məhkəmələrdə 11 işə baxılıb. Bunlardan 9-nun iddiası təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 486