Ermənilər Xudavəng monastrını ziyarət edib


11:46     27 Yanvar 2021 2021/01/Klášterní_komplex_Dadivank_-_panoramio_1611733748.jpg

Qarabağdakı rus sülhməramlıları erməniləri Xudavəng monastrını ziyarət zamanı müşayiət edib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin rəis müavini polkovnik Dmitri Perepelkin bildirib.

Onun sözlərinə görə, bazar günü 30 erməni Xudavəng monastrını ziyarət edib.

Xatırladaq ki, Kəlbəcərdə yerləşən Xudavəng Azərbaycan ərazisində ən böyük monastr kompleksi hesab olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 467