XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək
12:11 27 Yanvar 2021

“Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi ilkin olaraq Baş Prokurorluğa təhvil veriləcək”.
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Baş vermiş hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət etmişdi. Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, F.İsmayılovun nəşi bu gün Vətənə gətirilib. O, Siyəzən rayonu, Qozağacı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Femida.az
Oxunub: 351
Oxşar xəbərlər
- ƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır
- Ərdoğan: "Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq"
- Prezident: Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə münasibətlər normallaşır
- Prezident: "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"
- İlham Əliyev: “Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir”
- Prezident: “Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun”
- Zakir Həsənov Türkiyəyə başsağlığı verdi: "Sizin acınız bizim də acımızdır"
- Baş katib: “Gürcüstan və Ukrayna üçün NATO-nun qapıları açıq qalır”
- DGK: İşğaldan azad edimiş ərazilərdə İranla gömrük postu açıla bilər
- DİM: Magistraturaya imtahan verən 1818 bakalavr 0-30 bal taplayıb