Bakıda evdən 40 min manatlıq qızıl oğurlanıb


13:04     27 Yanvar 2021 21_01_27_1611738300.jpg

Bakıda evdən böyük məbləğdə oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 40 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Məmmədova saxlanılıb.

Açar sözlər:

Oxunub: 662