Bakı sakinlərindən 14 kq narkotik götürülüb
13:59 27 Yanvar 2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Pirverdizadə Xətai rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -A verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 315 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Jaquar” markalı avtomobilə baxış zamanı isə oradan əlavə olaraq 1 kiloqram 635 qram heroin və 1 kiloqram 665 qram metamfetamin tapılıb.
Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şonqar qəsəbə sakini, əvvəllər məhkum olunmuş D.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 5 kiloqram heroin aşkar edilib.
Bundan başqa, Pirallahı polisi tərəfindən keçirilən əməliyyatla rayon sakini, əvvəllər məhkum olunmuş Q.Şərifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Q.Şərifovun evinə baxış zamanı isə 2 kiloqram 100 qram heroin və 2 kiloqram 130 qram müəyyən edilərək götürülüb.
Oxunub: 478
Oxşar xəbərlər
- Bakıda 35 yaşlı kişi intihar edib
- Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib
- Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO
- Bakıda liftdə qalanlar xilas olundu
- Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub
- Bakı, Sumqayıt, Abşeron rayonu üzrə pensiyalar ödənilib
- Bakıda ağacların dibi asfaltdan təmizlənib
- Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
- Bakıda tıxac olan yolların adları açıqlanıb - SİYAHI
- Bakıda narkotik alverçiləri tutulub - FOTO