“Baklift-1”in rəisinə hökm oxundu


15:12     27 Yanvar 2021 21_01_27_1611744205.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Taryel Qasımovun cinayət işi üzrə məhkəmə baxışı üzrə məhkəmə prosesi başa çatıb.


“Report”un əldə etdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən T.Qasımova il 5 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası verilib və Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. Onun cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilib.

Qeyd edək ki, Qasımov Taryel Vahab oğlu barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 561


Oxşar xəbərlər