ÜST: Hazırda daha 10 peyvənd dəyərləndirmədən keçirilir
16:12 27 Yanvar 2021
“ÜST koronavirusla bağlı fövqəladə vəziyyət siyahısı yaradıb”.
Bunu Femida.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, peyvənd istehsal edən şirkətlər bura müraciət edir: “Şirkətlər tərəfindən peyvəndlərin sınaq fazaları ilə bağlı məlumatlar bizə verilir. Bunlar ÜST, digər ekspertlər tərəfindən araşdırılır və qərar verilir. İndiyə qədər ÜST tərəfindən sənəd verilən şirkətlərdən ilki Pfizer/BioNTech olub. Bununla yanaşı, təxminən 10 peyvənd də dəyərləndirmələrdən keçir. Qısa zamanda bir çox vaksin bu siyahıya daxil olacaq. BMT bu vaksinlərin alınmasına imkan verəcək və ölkələr bunu rahat şəkildə istifadə də biləcəklər”.
H. Harmancı qeyd edib ki, ÜST-ün bu siyahısı təsir, təhlükəsizlik və keyfiyyət baxımından vacibdir: “Amma hər bir ölkə ÜST-ün siyahısında olmayan, öz səhiyyə qurumları tərəfindən təsdiqlənən vaksini tətbiq edə bilər. Hazırda bir çox ölkədə Pfizer/BioNTech vaksinindən fərqli peyvəndlərdən də istifadə olunur. Düşünürəm ki, 1-2 ay ərzində daha çox vaksin bizim siyahıya daxil olacaq”.
Oxunub: 590
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"