Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək


17:12     27 Yanvar 2021 21_01_27_1611756623.jpg


Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq.


Femida.az -ın məlumatına görə, Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi haqqında məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Məsələ müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Humay Əfəndiyeva Azərbaycan Respublikasının xalq yazıçısı, Baş Nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızıdır.

O, Konstitusiya Məhkəməsinin Aparatında məslul vəzifə tuturdu.



Femida.az

Açar sözlər: #Konstitusiya   #Məhkəmə   #hakim  

Oxunub: 1583