Keçmiş hakimlər Vəkillər Kollegiyasının üzvü oldu


19:26     27 Yanvar 2021 vekil.jpg


Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Femida.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti barədə məlumat verib.

O bildirib ki, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanının yazılı test mərhələsində 250-dən, şihafi müsahibə mərhələsində iştirak üçün 200-dən çox namizəd gözləyir.

Rəyasət Heyətinin iclasında keçmiş hakim və vəkillərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib. Həmin şəxslər iclasda vəkil andı içərək vəkilliyə qəbul olunublar.

O cümlədən, vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə, fəaliyyətlərində fərqlənmiş bir sıra vəkillərin və Rəyasət Heyəti aparatının əmakdaşlarının mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilib.

Eyni zamanda, iclasda “Qanunun Aliliyi” və Qusar rayon Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılmış və müsbət qərar verilib.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya  

Oxunub: 4441