Dəniz quldurlarının öldürdüyü azərbaycanlı dəfn olundu
20:22 27 Yanvar 2021
Türkiyə şirkətinə məxsus “Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov dəfn olunub.
Həmyerlimizin nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə Azərbaycana gətirilib.
Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirilib. Fərman İsmayılov doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.
Femida.az
Oxunub: 581
Oxşar xəbərlər
- Kimlərə dənizdə çimmək qətiyyən olmaz? – Boğula bilərsiniz
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Bakıda dənizdə 7 yaşlı qız nənəsinin gözləri qarşısında boğulub
- Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
- Rusiya bu gün Kiyevi Xəzər dənizindən ən bahalı raketi ilə atəşə tutub
- BDU kollecinin tələbəsi dənizdə boğulub
- Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb
- NATO Baltik dənizi regionunda təlimlər keçirəcək
- Bakıda sərxoş kişi dənizə düşüb
- Xəzər dənizində zəlzələ olub