Kafe-restoranlar həftəsonları da işləyəcək
11:22 28 Yanvar 2021
"Fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".
Bunu "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək:
"Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları işləyəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq".
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- Bakıda 19 yaşlı gənc kafedə bıçaqlanıb
- Bərdədə kafenin sahibi həbs edilib
- Bakıda "26-lar" kafesinin sahibinin oğlu karantini pozduğu üçün axtarışa verilib
- BDU-nun sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxsə hökm oxunub
- Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb
- Bakıda kafedə qətl törədən şəxs məhkəmədə ifadə verib
- Bakıda kafedə qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
- Xaçmazda kafedə qadın kişini bıçaqlayıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- COVID pasportsuz şəxslərə xidmət göstərən kafe sahibi cərimələndi