Qarabağa investisiya qoymaq üçün 90-a yaxın sahibkar müraciət edib
12:17 28 Yanvar 2021

Qarabağda investisiyaların qoyulması üçün bu günədək 90-a yaxın sahibkar tərəfindən müraciətlər olub.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında deyib.
O bildirib ki, müraciətlər əsasən yerli sahibkarlar tərəfindən edilib:
“Xarici investisiyaların da cəlb edilməsi nəzərdə tutulur. Lakin bunun üçün təhlükəsizlik məsələləri həll edilməlidir. Bundan sonra xarici investorlar cəlb edilə bilər. Eyni zamanda orada investisiya qoyan sahibkarlar üçün əlavə imtiyazlar verilə bilər".
Femida.az
Oxunub: 444
Oxşar xəbərlər
- Qarabağa avtobus reysləri açılacaq
- Qarabağa qayıtmayanlar köçkün statusunu itirəcək - RƏSMİ
- Qarabağa yeni hərbi prokuror təyin edildi
- Qarabağa səyahət etmək istəyən əcnəbilərə XƏBƏRDARLIQ
- Qarabağa qanunsuz gedən Polşa vətəndaşı üzr istədi
- Qarabağa qanunsuz səfər edən fransız homoseksualı bu hala saldılar - FOTOLAR
- Qarabağa gedən şəxs “qara siyahı”dan çıxarıldı
- Qarabağa qanunsuz səfərlərlə bağlı Mogeriniyə müraciət
- Qarabağa qanunsuz səfər edən fransalı mer "qara siyahı"ya salınacaq
- Qarabağa gedən turistlərin qarşısı necə alınır? - Agentlik rəsmisindən AÇIQLAMA