İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
12:56 28 Yanvar 2021

“İşğaldan azad edilən ərazilərdə monitorinqlər aparmaqla oradakı abidələrimizin durumu, mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini təftiş edirik”.
Femida.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsi vəzifəsini icra edən Azad Cəfərli deyib.
O bildirib ki, bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib: “Onların əksəriyyəti tamamilə dağıdılıb. Bundan əlavə tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə aşkarlamışıq. 461 sayda mədəniyyət müssisəsi, muzey, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Onlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə dağıdılıb. Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir. Bu günə qədər 1 000-ə yaxın abidənin qeydiyyatı aparılıb. Onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, adibədələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan göstürmək istəyiblər”.
Femida.az
Oxunub: 384
Oxşar xəbərlər
- İşğaldan azad olunmuş torpaqlarda tarixi-dini abidələrin bərpasına başlanılıb
- İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edilib
- İşğaldan azad olunan 75 yaşayış məntəqəsində inventarlaşdırma işləri yekunlaşdırılıb
- İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır
- İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
- İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
- İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
- İşğaldan azad olunan ərazilərə qayıdış məsələsi müzakirə olunub
- İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb
- İşğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələri açılır