Gömrükdə əməliyyat: Qızıl-zinət əşyaları müsadirə edildi
14:08 28 Yanvar 2021

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
DGK-dan Femida.az-a verilən məlumata görə, aparılan ilkin araşdırma nəticəsində sözügedən qaçaqmalçılıq predmetlərinin Türkiyədən ölkəmizə yük daşıyan "Mersedes-Benz Actros" markalı nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənləşdirilib.
"Mazımçay" gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən hava balonunun içərisində şübhəli cizgilər müşahidə olunduğundan yük avtomobili ətraflı yoxlamaya cəlb olunub. Bu zaman hava balonunun içərisindən müxtəlif rəngli falqalara bükülən, üzəri yapışqan lentlə sarınmış bağlamalarda 1400 ədəddən çox, ümumi çəkisi 5397 qram qızıl-zinət əşyaları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- DYP-dən XƏBƏRDARLIQ – Bunu etməyən sürücülər 50 AZN cərimə ediləcək
- Dilçilik İnstitutu: "Qaynar xətt" hazırda fəaliyyət göstərir
- DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
- KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
- Azərbaycan XIN: Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş təxribat idi
- Azərbaycan Ermənistana xəbərdarlıq etdi - Qarabağda hərbçilərin yerləşdirməsi ilə bağlı
- İlham Əliyev: “Dağlıq Qarabağ ifadəsini işlətməməliyik” - VİDEO
- MN: Elxan İbrahimov Tibb Baş İdarəsi rəisinin müavini kimi öz vəsifəsini davam etdirir
- Baş prokuror: "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq"
- “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü